Fyodorova İtaliyada vəzifə verildi

Fyodorova İtaliyada  vəzifə verildi backend

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorov İtaliyanın müdafiə naziri Quido Krozattonun müdafiə innovasiyaları üzrə müşaviri vəzifəsinə təyin edilib.

Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın "Suspilne" nəşri məlumat yayıb.

Nəşrdə qeyd olunur ki, o, bu postda İtaliyaya müasir müharibə texnologiyalarını inkişaf etdirməkdə kömək edəcək.

Fyodorovun mətbuat xidmətindən verilən məlumata görə, eks-nazir Ukraynada ölkənin müdafiəsini gücləndirəcək layihələr üzərində işini davam etdirəcək.

Avqustun 18-də Fyodorov öz video müraciətində Ukraynada idarəetmə böhranının müşahidə olunduğunu bəyan edib və prezident, eləcə də parlament seçkilərinin keçirilməsinə çağırıb. Eks-nazir vurğulayıb ki, hakimiyyət özünə yox, ölkəyə xidmət etmək üçün nəzərdə tutulub, ona görə də dövlətə demokratik prosesi bərpa etmək üçün seçki kampaniyası mütləqdir.

Xatırladaq ki, iyul ayında Ukrayna Prezidenti Volodimir Zelenski Fyodorovu istefaya göndərib. Medianın yazdığına görə, müdafiə nazirinin işdən çıxarılmasının səbəblərindən biri onun Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Aleksandr Sırski ilə münaqişəsi olub. Lakin Fyodorovun öz sözlərinə görə, onu hərbi idarədə satınalmaların islahatı ilə əlaqədar vəzifədən kənarlaşdırmaq qərarına gəliblər.

QAZİLER.AZ