Yəməndə Husi üsyançılarının lideri Əbdülməlik Husi tərəfdarlarına çağırış edib. Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyanın hücumlarına qarşı əzmlə və qətiyyətlə mübarizə aparacaqlarını deyən üsyançı lider BMT-ni tənqid edib. O, əldə olunan atəşkəsin kağız parçası üzərində qaldığını deyib.
“Rolu ABŞ siyasəti ilə müəyyənləşən BMT-yə güvənməyin. Xalqımız azadlıq və müstəqilliyini qazanana qədər müqavimət göstərəcək. ABŞ burada müharibəni uzatmaq istəyir”, - Husi lider qeyd edib.