Belçika və ABŞ arasında qalmaqal: Amerikalı səfir XİN-ə çağırıldı

Belçika və ABŞ arasında qalmaqal: Amerikalı səfir XİN-ə çağırıldı backend

Belçikanın xarici işlər naziri Maksim Prevo ABŞ səfiri Bill Uaytı sosial şəbəkələrdə Belçikanın səhiyyə naziri haqqında yazdığı lağlağı dolu şərhə görə nazirliyə çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Uayt sosial şəbəkələrdə səhiyyə naziri Frank Vandenbrukun ehtimal ki, süni intellekt vasitəsilə yaradılmış təsvirini "Belçikanın ən böyük uğursuzu kimdir?" başlığı ilə paylaşıb. Şəkildə nazir siqaret qutusunun üzərində təsvir olunub və üzərinə "Vandenbruk. Həyatın hər cür sevincini məhv edir" mətni yazılıb. Buna cavab olaraq Prevo qeyd edib ki, səfirin hökumət üzvünə münasibətdə bu cür təhqiramiz ifadələrdən istifadə etməsi yolverilməzdir. Belçika Xarici İşlər Nazirliyi səfirin çağırılması faktını təsdiqləyib.

Nəşr həmçinin xatırladıb ki, Vandenbruk mart ayında spirtli içki reklamında alkoqolun zərərləri barədə xəbərdarlığın formulasını "alkoqoldan sui-istifadə sağlamlığa zərər vurur" ifadəsindən "alkoqol sağlamlığa zərər vurur" formasına dəyişməyi təklif edib. "Politico"nun fikrincə, Uaytın paylaşımı böyük ehtimalla məhz bu təşəbbüsü məsxərəyə qoymağa yönəlib.

QAZİLER.AZ