Tayvan Çinin mümkün hücumuna qarşı strateji əhəmiyyətli Penhu arxipelaqını möhkəmləndirir. Hərbi ekspertlərin sözlərinə görə, məhz bu 90 ada Çinin Tayvana müdaxiləyə cəhd göstərəcəyi təqdirdə ilk zərbə dalğasının qarşısında qala bilər.
Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” “Reuters” agentliyinə istinadən məlumat yayıb.
Tayvanın müdafiəsi baxımından strateji əhəmiyyət daşıyan adalarda hərbçilər Çinin mümkün ilk zərbəsinə hazırlaşırlar. Pekin hücuma keçmək qərarına gəlsə, ön cəbhə məhz burada olacaq.
Tayvanın yüksək rütbəli rəsmiləri və hərbi ekspertlərin sözlərinə görə, toxunulmaz çimərlikləri və mərcan rifləri ilə tanınan, 90 ada və adacıqlardan ibarət Penhu arxipelaqı Çinin mümkün işğal cəhdinin ilk dalğasında zərbəyə məruz qala bilər.
QAZİLER.AZ

