"Qırmızı Xaç" təşkilatının Nepaldakı nümayəndəsi bəyan edib ki, təbii fəlakət azı 93 min insana ziyan vurub.
Qaziler.az xəbər verir ki, onun sözlərini "Reuters" agentliyi sitat gətirib.
Nümayəndənin məlumatına görə, həmin şəxslər hazırda "kəskin ehtiyac" vəziyyətindədirlər.
Təşkilat, eyni zamanda, yeni daşqın riskinin yaranması ilə bağlı narahatlığını da dilə gətirib.
Qeyd edək ki, Nepalda tsunamiyə bənzər nəhəng və dağıdıcı qəfil sel fəlakəti baş verib. Hadisə avqustun 26-da Himalay dağlarında (Nepal-Çin sərhədi yaxınlığında) nəhəng bir buzlaq hissəsinin qoparaq Lhende Khola çayının dərəsinə çökməsi nəticəsində baş verib.
QAZİLER.AZ

