Rusiya Federasiyası Səhiyyə Nazirliyi 18 yaşdan yuxarı əhali arasında tütün çəkmə dərəcəsi ən aşağı olan üç Rusiya regionunun adını açıqlayıb.
Qaziler.az "RİA Novosti"yə istinadla xəbər verir ki, birinci yerdə siqaret çəkənlərin nisbətinin cəmi 0,37% təşkil etdiyi Çeçenistan qərarlaşıb.
Reytinqin ikinci və üçüncü pillələrində tütün çəkmə vərdişi müvafiq olaraq 1,46% və 4,4% təşkil edən Kalmıkiya və Krasnodar diyarı yer alıb.
Əhalinin ən az siqaret çəkdiyi regionların siyahısına, həmçinin İnquşetiya (əhalinin 5,98%-i siqaret çəkir) və Dağıstan (8,83%) Respublikası da daxil olub.
QAZİLER.AZ

