Dünyanın ən gənc taxt-tac sahibi olan monarxı 34 yaşında vəfat etdi

Dünyanın ən gənc taxt-tac sahibi olan monarxı 34 yaşında vəfat etdi backend

Uqandada hələ üç yaşında ikən taxta çıxaraq “Ginnesin Rekordlar Kitabı”na düşən Toro Krallığının hökmdarı IV Oyo Nyimba Kabamba İquru Rukidi 34 yaşında vəfat edib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Uqandanın qərbində yerləşən ənənəvi Toro Krallığının lideri Kral Oyo 34 yaşında vəfat edib.

Atasının ölümündən sonra 1995-ci ildə, hələ üç yaşında ikən taxta çıxan və dünyanın hakimiyyətdə olan ən gənc ənənəvi lideri titulunu qazanan Kral Oyoun ölümünü Toro Krallığının Baş naziri Kalvin Armstronq Rvomiire Akiiki açıqlayıb.

Krallıq rəsmiləri kralın ölümünün dəqiq səbəbini açıqlamayıb. Lakin yerli mətbuatda yayılan məlumatlara görə, gənc kral ağır xəstəlik səbəbindən ABŞ-da müalicə olunurdu.

QAZİLER.AZ