Norveçin yeni kralı o oldu

Norveçin yeni kralı o oldu backend

V Haraldın oğlu Hakon VIII Norveç Kralı oldu.

Norveçin mərhum kralı V Haraldın oğlu Hakon ölkənin yeni monarxı olub və VIII Hakon adı ilə taxta çıxıb.

Qaziler.az bildirir ki, bu barədə avqustun 28-də Norveç Kral Sarayı məlumat yayıb.

“Əlahəzrət Kral VIII Hakon — Hər şey Norveç üçün”, — deyə kral ailəsinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində qeyd olunub .

Yeni monarx atasının, babasının və ulu babasının devizini — “Hər şey Norveç üçün” — qoruyub saxlamaq qərarına gəlib.

Kralın dəyişməsi ilə əlaqədar ölkədə taxt-tacın varisliyi sırası da dəyişib. “International Business Times”ın məlumatına görə, 22 yaşlı şahzadə İnqrid Aleksandra yeni vəliəhd şahzadə olub və taxta çıxmaq üçün növbədə birinci yerə keçib.

Hakon 20 iyul 1973-cü ildə anadan olub. Taxta çıxmazdan əvvəl o, Norveçin vəliəhd şahzadəsi olub və V Haraldın səhhətində yaranan problemlər səbəbindən bir neçə dəfə atasının vəzifələrini müvəqqəti olaraq icra edib.

QAZİLER.AZ