Norveç kralı vəfat edib

Norveç kralı vəfat edib backend

Norveç Kralı V Harald 89 yaşında Osloda müalicə aldığı xəstəxanada vəfat edib.

Bu barədə Kral sarayının Mətbuat xidməti məlumat yayıb.

“Norveç Kralı Harald V vəfat edib. Əlahəzrət Kral Haraldın bu gün vəfat etdiyini dərin kədərlə bildiririk”, - məlumatda deyilir.

89 yaşlı Norveç Kralı Harald V avqustun 17-də infeksiya və hemolitik anemiyanın ağırlaşmaları səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Bundan sonra o, tibb müəssisəsini tərk etməmişdi. Avqustun 27-də kral sarayı onun səhhətinin pisləşdiyini və vəziyyətinin çox ağır qiymətləndirildiyini açıqlamışdı.

Qlükksburqlar sülaləsinin nümayəndəsi olan Harald 1991-ci ildən Norveç taxtında idi. Taxt onun 53 yaşlı oğlu, vəliəhd Haakona keçəcək.