Məşhur Norveç siyasətçisi Eynar Gerxardsen SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (KQB) ilə əməkdaşlıq edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Norveçin TV2 televiziyası yayıb. Gerxardsenin DTK ilə əməkdaşlığını sübut edən sənəd “Mitroxin” arxivlərində tapılıb. Bu sənədlərdə Gerxardsenlə bərabər 40 Norveç hərbçisi, siyasi və ictimai xadiminin adı olub.
DTK ilə əməkdaşlıq edən Gerxardsenin kod adı Yan olub.
Qeyd edək ki, Eynar Gerxardsen 1987-ci ildə vəfat edib. O, Norveçdə “xalq atası” təxəllüsünü alıb. Gerxardsen 1945-1949 və 1955-1965-ci illərdə Norveçin baş naziri olub. Bundan öncə onun həyat yoldaşı DTK ilə əlaqədə günahlandırılsa da, təsdiqini tapmayıb.
Vasili Mitroxin isə SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşı olub. O, 1992-ci ildə Böyük Britaniyaya sığınıb.
Mitroxin özü ilə DTK-nın ən mühüm sənədlərini Londona apararaq, Britaniya kəşfiyyatına təhvil verib. O, 2004-cü ildə Londonda vəfat edib. 2014-cü ildə bu sənədlər ictimaiyyət üçün açıq elan edilib.