Piratlar Somali sahillərində Kamerun bayrağı altında üzən yük gəmisini qaçırıblar.
Qaziler.az xəbər verir ki, somalili məmurun "Associated Press" (AP) agentliyinə verdiyi məlumata görə, gəminin göyərtəsində Türkiyənin Moqadişodakı hərbi təlim mərkəzi üçün nəzərdə tutulmuş silahlar, həmçinin rabitə və peyk avadanlıqları olub.
Mənbənin bildirdiyinə görə, gəmi heyətinin tərkibinə altı Hindistan, bir Türkiyə, bir Gürcüstan vətəndaşı, eləcə də Serbiyadan olan iki təhlükəsizlik xidməti əməkdaşı daxil olub.
Rəsmi şəxsin sözlərinə görə, gəminin qaçırılmasında səkkiz pirat iştirak edib. Hadisədən sonra iki Türkiyə yük gəmisi əraziyə yaxınlaşıb, havadan isə vəziyyəti Türkiyəyə məxsus helikopterlər və pilotsuz uçuş aparatları (PUA) nəzarətə götürüb.
Məmur onu da əlavə edib ki, avqustun 18-də gəmiyə hava zərbəsi endirilib. Hazırda heyətin və yüklərin vəziyyəti barədə dəqiq məlumat yoxdur.

