Trampın qolf-klubu üzərində bir neçə təyyarə ələ keçirilib

Trampın qolf-klubu üzərində bir neçə təyyarə ələ keçirilib backend

ABŞ-ın F-16 qırıcıları Nyu-Cersi ştatının Bedminster şəhərində yerləşən qolf-klub üzərində uçuş məhdudiyyətlərini pozan bir neçə təyyarəni ələ keçirib.

 

APA xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat verib.

Məlumata görə, ümumi aviasiyaya məxsus bir neçə təyyarə Bedminster üzərində tətbiq olunan müvəqqəti uçuş məhdudiyyətlərini pozub. NORAD-ın F-16 qırıcıları həmin təyyarələri təhlükəsiz şəkildə məhdudlaşdırılmış ərazidən kənara çıxarıb.

 

Qeyd edək ki, sözügedən qolf-klubun sahibi ABŞ Prezidenti Donald Trampdır. O, tez-tez həftəsonlarını burada keçirir. Tramp cümə günü Bedminsterə gəlib və bazar günü Vaşinqtona qayıtması gözlənilir.