Netanyahu: Razılaşma olsa da, olmasa da İranın nüvə silahı olmayacaq

Netanyahu: Razılaşma olsa da, olmasa da İranın nüvə silahı olmayacaq backend

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini bildirib.

 

AFP xəbər verir ki, Netanyahu bunu hökumətin iclasında deyib.

 

“Bir daha vurğulamaq istəyirəm: razılaşma olsa da, olmasa da, mən Baş nazir olduğum müddətdə İranın nüvə silahı olmayacaq”, - Netanyahu bildirib.

 

İsrailin Baş naziri bu mövqeyin İranla bağlı diplomatik danışıqların nəticəsindən asılı olmadığını vurğulayıb. (apa)