İran Prezidenti Məsud Pezeşkian müharibədən qorxmadığını və sui-qəsd təhlükəsinə baxmayaraq ölkədə qalmağa hazır olduğunu bəyan edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Mən, məsələn, sadəcə olaraq işimdən uzaqlaşa, görüşləri buraxa və öhdəliklərimi yerinə yetirməyi dayandıra bilmərəm. Ola bilsin ki, bir gün bizi öldürəcəklər, qoy öldürsünlər", — deyə agentlik İran prezidentinin sözlərindən sitat gətirib.
Pezeşkian vurğulayıb ki, öz təhlükəsizliyinə yönəlmiş təhdidlərə görə vəzifə borcunu icra etməkdən imtina etmək niyyətində deyil.
QAZİLER.AZ

