İki kriptovalyuta birjasına sanksiyaya tətbiq edildi

İki kriptovalyuta birjasına sanksiyaya tətbiq edildi backend

ABŞ Maliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) maliyyə yardımı göstərməkdə ittiham olunan iki böyük kriptovalyuta birjasına sanksiyalar tətbiq edib.

Qaziler.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, kriptovalyuta birjaları beynəlxalq məhdudiyyətləri aşaraq İrana milyonlarla dollar qazandırıb.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, tətbiq olunan məhdudiyyətlər İranın maliyyə şəbəkələrinə və SEPAH-ın fəaliyyətinə qarşı tədbirlərin davamıdır.