Çeçenistan Hökumətinin sədr müavini, həmçinin fiziki tərbiyə və idman naziri Axmat Kadırova "Çeçenistan Respublikasının Qəhrəmanı" ali adı verilib.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı öz “Telegram” kanalında Çeçenistan Hökumətinin Baş naziri Maqomed Daudov paylaşıb.
"Əziz Çeçenistan Respublikası Hökumətinin sədr müavini – fiziki tərbiyə və idman naziri Axmat Ramzanoviç Kadırovu yüksək 'Noxçiyn Paçxlakxan qonax' (Çeçenistan Respublikasının Qəhrəmanı) adının verilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu fəxri mükafat onun Çeçenistan Respublikası və xalqı qarşısındakı şəxsi xidmətlərinin, eləcə də fiziki tərbiyə və idmanın inkişafına verdiyi mühüm töhfənin layiqincə qiymətləndirilməsidir", - Daudov paylaşımında bildirib.
QAZİLER.AZ

