Bu gün İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan üçtərəfli müdafiə sazişini tənqid edib.
Qaziler.az xəbər verir ki, Rzayi "X" hesabında paylaşdığı açıqlamada bildirib ki, sözügedən razılaşma Səudiyyə Ərəbistanının müdafiəsini təmin etməyəcək.
"Səudiyyəlilər bilməlidirlər ki, Türkiyə və Pakistanla imzalanan kağız üzərindəki razılaşmalar onlara qorunma təminatı gətirməyəcək. Necə ki, uzun illər ABŞ-yə birtərəfli güzəştlər etmələri də onların təhlükəsizliyini təmin etmədi. Siyasətinizi dəyişin ki, başqalarından təhlükəsizlik dilənmək məcburiyyətində qalmayasınız", – deyə Rzayi yazıb.
QAZİLER.AZ

