"Politico": Ukrayna məsələsi İtaliyanı iki yerə bölüb

"Politico": Ukrayna məsələsi İtaliyanı iki yerə bölüb backend

Ukrayna məsələsi İtaliyada keçiriləcək növbəti parlament seçkilərinin nəticələrini müəyyən edə biləcək əsas amillərdən birinə çevrilib.

Qaziler.az bildirir ki, «Politico»-nun yazdığına görə, Kiyevə növbəti hərbi yardımın göstərilməsi məsələsi həm sol, həm də sağ siyasi düşərgələri getdikcə daha çox parçalayır.

Solçu «5 Ulduz Hərəkatı»na rəhbərlik edən İtaliyanın keçmiş baş naziri Cüzeppe Kontenin bəyanatları yeni mübahisəyə səbəb olub. O, jurnalistlərə verdiyi müsahibədə Ukraynaya silah tədarükünün davam etdirilməsinin zəruriliyini şübhə altına alıb. Kontenin sözlərinə görə, ilkin olaraq onun partiyası Kiyevə hərbi yardımı dəstəkləyirdi, «çünki Rusiya ilə müqayisədə aşkar hərbi disbalans mövcud idi», lakin indi, onun fikrincə, vəziyyət dəyişib.

Nəşrin qeyd etdiyi kimi, «5 Ulduz Hərəkatı» eyni zamanda danışıqlar prosesinə keçidin tərəfdarı kimi çıxış edərək, yeni hərbi yardım paketlərinə səsvermə zamanı bundan sonra da bitərəf qalmağı planlaşdırır. Konte sol-mərkəzçi blokun mövqeyi ilə bağlı yekun qərarı daxili praymerizə çıxarmağı təklif edib ki, bu proses zamanı da seçicilər koalisiyanın gələcək liderini müəyyən etməlidirlər.

QAZİLER.AZ