Almaniyanın şərqində keçiriləcək regional seçkilərin nəticələri ölkə kansleri Fridrix Mertsin gələcəyini müəyyən edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə "Politico" nəşri mühafizəkar alman siyasətçilərindən birinə istinadən məlumat yayıb.
2026-cı ilin sentyabrında Almaniyanın Berlin, Saksoniya-Anhalt və Meklenburq-Ön Pomeraniya bölgələrində regional seçkilər keçiriləcək. Sorğulara əsasən, bu regionlarda müxalifətdə olan sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının reytinqi təxminən 40%-ə çatır.
"Politico" qeyd edir ki, Mertsin partiyasında daxili müzakirələr gedir və mümkün kansler dəyişikliyi məsələsi nəzərdən keçirilir. Artan narazılıqlar kanslerin dövlət kursuna inamın azaldığını göstərir.
Eyni zamanda, sentyabrda sağçı AfD-nin hakimiyyətə gələcəyi təqdirdə Mertsin öz partiyasını parçalanmaqdan qoruya bilməyəcəyi ehtimalı vurğulanır.
"Almaniyanın şərqindəki seçkilərin nəticələri kanslerin gələcəyi üçün həlledici olacaq", – deyə alman siyasətçi vəziyyəti yekunlaşdırıb.
QAZİLER.AZ

