ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsveçrə mallarının idxalından imtina etməklə, "bir qələm zərbəsi ilə" bu dövləti elit statusdan çıxarıb "çox problemli bir ölkəyə" çevirə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə “Assosiated Press” yazır.
Amerikalı lider İsveçrə ilə ticarətdə yaranan 39 milyard dollarlıq kəsiri tənqid edib. O, Birləşmiş Ştatların "elit" dövlətləri subsidiyalaşdırmaq əvəzinə, dünyada ən aşağı faiz dərəcələrini ödəməli olduğunu tələb edib.
"Biz onların mallarından imtina edən kimi, özümüzə 39-40-41 milyard dollar qənaət etmiş olacağıq. Onlar isə elit ölkələr qrupundan çıxıb çox problemli ölkələr siyahısına düşəcəklər. Biz onlara ildə 40 milyard dollar veririk, bu pul olmasa, onlar elit olmağı dayandırarlar", – deyə o qeyd edib.
Məhz bu səbəbdən Tramp vurğulayıb ki, ABŞ-də "dünyanın ən aşağı faiz dərəcəsi olmalıdır".
QAZİLER.AZ

