Litvanın müdafiə naziri: Putin Baltikyanı ölkələrə hücum etmək istəyir, amma...

Litvanın müdafiə naziri: Putin Baltikyanı ölkələrə hücum etmək istəyir, amma... backend

NATO Kreml liderinin planlarından xəbərdardır

Rusiya diktatoru Vladimir Putin həqiqətən də Estoniya, Latviya və Litvaya hücum ssenarilərini qiymətləndirir. Buna baxmayaraq, o, hələlik qəti qərar qəbul etməyə tələsmir.

Bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas bəyanatla çıxış edib 

Qaziler.az bildirir ki, bu barədə xəbər verir.

Nazirin sözlərinə görə, Kremlin Baltikyanı regionun kritik infrastrukturuna zərbələr endirmək planları var. Moskva Kiyevi ittiham etmək üçün Ukrayna pilotsuz uçuş aparatlarından istifadə etmək ideyasından hələ də əl çəkməyib.

Bununla belə, Kaunasın iddia etdiyinə görə, Putin bu əməliyyatla bağlı hələ də qəti qərar qəbul etməyib.

"Bu günə olan məlumata görə, hər hansı bir əməliyyatın keçirilməsi barədə qərar yoxdur. Yaxın vaxtlarda və ya artıq yaxın günlərdə nəsə baş verəcəyinə dair birbaşa təhdidlər də yoxdur", - deyə Litvanın müdafiə naziri vurğulayıb.

Onun sözlərinə görə, müttəfiqlər Kremlin öz addımlarını necə planlaşdırdığını diqqətlə izləyirlər. Kaunas xatırladıb ki, bir çox NATO ölkəsi artıq mümkün təxribatlarla bağlı xəbərdarlıqlar səsləndirib.

QAZİLER.AZ