Putin BƏƏ-yə təşəkkür edib

Putin BƏƏ-yə təşəkkür edib backend

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığı zamanı Rusiya Federasiyası və Ukrayna arasında hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsinin təşkilində göstərdiyi köməkliyə görə ölkə rəhbərliyinə təşəkkür edib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, dövlət liderləri həmçinin Kiyev tərəfindən dinc sakinlərə və mülki infrastruktura qarşı terror fəaliyyətlərinin aktivləşməsini müzakirə ediblər.

"Rusiya və Ukrayna arasında hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsinin təşkilində göstərdiyi köməkliyə görə Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə minnətdarlıq ifadə olunub", — deyə məlumatda bildirilir.

Prezidentlər Fars körfəzindəki mövcud vəziyyət barədə də danışıblar. Tərəflər vəziyyətin normallaşdırılması üçün tez bir zamanda razılıqların əldə olunmasının vacibliyini qəbul ediblər.