Sərxoş polşalı həmvətənlərini ukraynalılarla səhv salaraq döyüb

Sərxoş polşalı həmvətənlərini ukraynalılarla səhv salaraq döyüb backend

37 yaşlı sərxoş polşalı, səhvən ukraynalı hesab etdiyi iki həmvətənini amansızcasına döyüb.

Qaziler.az bildirir ki, bu barədə "Onet" məlumat yayır.

Hücum Qdanskda, Modrey küçəsindəki bağ sahələrinin ərazisində baş verib. "Kişi ora öz avtomobili ilə gəlib. O, qəfil qaza basır, qəfil tormozlayırdı. Müəyyən bir anda bir piyada onun yanından keçib, lakin sürücünün onun baxışından xoşu gəlməyib", — deyə polis əməkdaşları bildiriblər.

Sürücü, ehtimal ki, piyadanı başqa bir adamla səhv salıb. O, kobud şəkildə piyadadan onun barəsində yaxın günlərdə polisə şikayət edib-etmədiyini soruşub. Piyada "yox" cavabını verdikdə və onu heç vaxt görmədiyini bildirdikdə, kişi qəzəblənib. Sürücünün cavab olaraq eşitdiyi şərq aksentindən xoşu gəlməyib. O, kişini təhqir etməyə başlayıb və şahidlərin sözlərinə görə, onu döyməyə cəhd edib. Lakin Ukrayna vətəndaşı olan həmin kişiyə qaçıb gizlənmək müyəssər olub.

Bundan sonra hücum edən şəxs digər iki kişiyə — ata və oğula tərəf qaçıb. Hücuma məruz qalan kişilərin Polşa vətəndaşı olduqları məlum olub.