Suriyanın paytaxtı Dəməşqin Cəramana məhəlləsində baş verən güclü partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Qaziler.az bildirir ki, ölkənin rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, paytaxt Dəməşqin Cəramana məhəlləsində mikroavtobusa yerləşdirilmiş əldəqayırma partlayıcı qurğu (PPS) partlayıb.
Suriya dövlət televiziya kanalı "Əl-İxbariyyə" də Cəramana məhəlləsində sərnişin avtobusuna yerləşdirilmiş PPS-in partladığını və nəticədə ölən və yaralananların olduğunu bildirib.
"Əl-İxbariyyə" tərəfindən dərc edilən Səhiyyə Nazirliyinin açıqlamasında Cəramanadakı partlayışdan sonra ərazidəki xəstəxanaların ən yüksək səviyyəyə hazırlandığı bildirilib.
Partlayışda yaralanan yeddi nəfərin xəstəxanalarda müalicə olunduğu və hadisədə ölənlərə məxsus kəsilmiş əzaların ətraf ərazilərdən yığıldığı bildirilib.
QAZİLER.AZ

