Niderlandın hazırda öz anbar ehtiyatlarından Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün əlavə önləyici raketlər ötürmək imkanı yoxdur.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Kees Bakheys bəyan edib.
Niderlandın müdafiə qurumundan vurğulayıblar ki, Amsterdam artıq birbaşa öz arsenallarından yeni önləyici raketlərin tədarükü üçün resurslarını tükədib, lakin dəstək üçün digər yollar axtarır.
"Biz artıq "Patriot" sistemləri üçün raketlər ötürmüşük və hazırda əlimizdə olan mövcud ehtiyatlardan daha çox raket təmin etmək imkanımız yoxdur. Eyni zamanda, Ukraynaya öz səmasını və insanlarını qorumağa kömək edəcək hər hansı variantları nəzərdən keçirməyə açığıq", — deyə Bakheys qeyd edib.
Spiker vurğulayıb ki, hava hücumundan müdafiə Amsterdamın hərbi yardımının əsas prioritetlərindən biri olaraq qalmaqdadır. Bundan əlavə, o, Ukraynaya ildə 3 milyard avro məbləğində vəsaitin ayrılmasının zəmanət altına alındığını və bunun ən azı 2029-cu ilə qədər təsbit edildiyini xatırladıb.
QAZİLER.AZ

