İran İsrail tərəfindən müxbirinin vurulduğunu iddia edib

İran İsrail tərəfindən müxbirinin vurulduğunu iddia edib backend

İranın "Press TV" telekanalı İordan çayının qərb sahilində fəaliyyət göstərən müxbirinin İsrail hərbçiləri tərəfindən hücuma məruz qaldığını bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Paylaşımda qeyd olunur ki, jurnalist Fələstinin Qalandiya kəndində İsrail hərbçilərinin törətdiyi "vəhşilikləri" işıqlandırırmış.

"Press TV" hücumun təfərrüatları və öz əməkdaşının səhhətinin vəziyyəti barədə əlavə məlumat təqdim etməyib.

QAZİLER.AZ