Husilər regionun ən mühüm boğazını bloklayıb

Husilər regionun ən mühüm boğazını  bloklayıb backend

Yəmən husilərinin Səudiyyə Ərəbistanına məxsus tankərə hücum etdiklərini bəyan etməsindən sonra Hörmüz və Babül-Məndəb boğazları vasitəsilə gəmilərin hərəkətinin intensivliyi kəskin şəkildə azalıb.

Qaziler.az bu barədə "Reuters" agentliyinə istinadla xəbər verir.

Avqustun 5-də Babül-Məndəb boğazından cəmi bir ticarət gəmisi — Baham adaları bayrağı altında üzən quru yük gəmisi keçib. Müqayisə üçün qeyd edək ki, bir gün əvvəl bu marşrutla 20 gəmi hərəkət etmişdi.

Elə həmin gün İran tərəfindən dəstəklənən Yəmən husiləri Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə raket zərbələri endirdiklərini bəyan ediblər. Tankerlərdən biri Qırmızı dənizdəki Yanbu liman şəhəri yaxınlığında, digəri isə Ədən körfəzində hücuma məruz qalıb.

QAZİLER.AZ