Rusiyada internetin işində kütləvi kəsinti olub

Rusiyada internetin işində kütləvi kəsinti olub backend

Rusiya miqyasında internetin işində kütləvi kəsintilər qeydə alınıb.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya vətəndaşlarının şikayətlərinə istinadən "Baza" teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, internetlə bağlı problemlər Rusiyanın ən azı altı regionunda müşahidə olunur. Onların arasında Sankt-Peterburq, Rostov, Nijni Novqorod, Tümen və Tambov vilayətləri, həmçinin Başqırdıstan Respublikası da var.

"Baza" teleqram kanalı qeyd edib ki, "RuNet" (Rusiya internet seqmenti) istifadəçiləri bir çox yerli saytların, xidmətlərin və tətbiqlərin açılmamasından şikayət edirlər. Kəsintinin hansı səbəbdən baş verdiyi barədə hələlik rəsmi məlumat yoxdur.

QAZİLER.AZ