Tetuan prokurorluğu ötən cümə axşamı on minlərlə miqrantın Mərakeşdən Seutaya sərhədi keçməsi ilə nəticələnən hadisələrə görə 25 nəfəri məsuliyyətə cəlb edib.
Qaziler.az Mərakeşin "Hespress" portalına istinadla xəbər verir ki, irəli sürülən ittihamlar sərhədin qanunsuz keçilməsinin təşkili, lisenziyasız sərnişin daşınması, üzmə vasitələrinin normadan artıq yüklənməsi, vizanın qüvvədə olma müddəti bitdikdən sonra ölkədə qanunsuz qalma, həmçinin təhlükəsizlik qüvvələrinin əməkdaşlarını təhqir etmə və onlara hücum, tabesizlik, dövlət əmlakına və ictimai infrastruktur obyektlərinə qəsdən ziyan vurulmasına qədər dəyişir.
Qurumun press-relizində bildirildiyinə görə, 11 gənc şəhər apellyasiya məhkəməsinin cinayət işləri üzrə kollegiyası qarşısına çıxarılıb, daha 41 nəfər isə Nador şəhərinin birinci instansiya məhkəməsinin sərəncamına verilib. Onların hamısı məhkəməni gözləyərkən həbsdə saxlanılır, bəziləri isə ağır cinayət törətməkdə ittiham olunur.
QAZİLER.AZ

