ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi yenidən əvvəlki yüksək səviyyəyə qayıdıb.
Qaziler.az xəbər verir ki, bu barədə amerikalı senator Mark Uorner "Politico" nəşrinə verdiyi müsahibədə bildirib.
O əlavə edib ki, kəşfiyyat məlumatlarının mübadiləsi haqqında sazişin icrasında müsbət dəyişikliklər görür və bunun Kiyevə Moskva ilə müharibədə üstünlük qazanmağa kömək etdiyinə inanır.
"Detallara varmaq istəmirəm, lakin vəziyyət yaxşılaşıb", – deyə senator qeyd edib.
O həmçinin əlavə edib ki, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) və uzaqmənzilli raketlərdən istifadə etməsi ona Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə və öz mövqelərini möhkəmləndirməyə imkan verib.
QAZİLER.AZ

