ABŞ Prezidenti Donald Tramp 2028-ci il seçkilərində vitse-prezident Cey Di Vensi Respublikaçılar Partiyasından prezidentliyə namizəd görmək istəyir.
Qaziler.az xəbər verir ki, "Washington Post" (WP) qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, belə bir qərar artıq şəxsi söhbətlərdə qəbul edilib.
Nəşrin yaydığı məlumatda deyilir: "Prezidentin donorlarla apardığı söhbətin məzmununa bələd olan müşaviri bildirib ki, Tramp qapalı qapılar arxasında Respublikaçılar Partiyasındakı liderliyin məhz Vensə keçməli olduğuna artıq qərar verib".
Qəzet qeyd edir ki, Ağ Ev rəhbərinin potensial prezident namizədi kimi adını çəkdiyi Dövlət katibi Marko Rubio isə növbəti seçkilər barədə danışmaqdan yayınmağa çalışır.
QAZİLER.AZ

