Seutadakı əsgərlər şikayətçidir: 16 saat iş və pis qidalanma

Seutadakı əsgərlər şikayətçidir:  16 saat iş və pis qidalanma backend

İspaniyanın Seuta və Melilya anklavlarında xidmət edən hərbçilər 16 saatlıq növbətçilikdən və keyfiyyətsiz qidalanmadan narazıdırlar.

Qaziler.az xəbər verir ki, bu barədə "La Razon" qəzeti hərbi həmkarlar ittifaqına istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, hərbçilərə istirahət günləri verilmir və əlavə xidmət saatlarına görə ödəniş edilmir. Bu vəziyyət iyulun 30-dan, on minlərlə mərakeşli miqrantın Şimali Afrika sahilində yerləşən İspaniya anklavı Seutaya axın etməsindən bəri davam edir. Qeyri-qanuni miqrantlar muxtar şəhərə üzərək və ya piyada daxil olublar.

İspaniya tərəfinin məlumatına görə, ümumilikdə 50 mindən 60 minə qədər miqrant Seutaya keçməyə cəhd göstərib.

Hadisələrdən dərhal sonra Seuta hakimiyyəti miqrant uşaqların müvəqqəti yerləşdirilməsi üçün iki məktəbi qəbul məntəqəsinə çevirməyə başlayıb.

QAZİLER.AZ