Britaniya Rusiyanın məşhur banklarına qarşı sanksiya tətbiq etdi

Britaniya Rusiyanın məşhur banklarına qarşı sanksiya tətbiq etdi backend

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 19 bənd artıraraq bura "Roseksimbank"ı (Росэксимбанк) da əlavə edib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumat Britaniya hökumətinin rəsmi saytında yer alıb.

Yeni məhdudiyyətlərə ümumilikdə bir fiziki şəxs və bir neçə təşkilat daxil edilib. Adı çəkilən banklardan başqa, sanksiyalar artıq "Ozon Bank", "Realist Bank", "Centr-invest" bankı, "Teleport Bank", "Stavr" bankı və "Oney-bank"a qarşı da tətbiq olunub. Həmçinin Rusiyanın "Severnıy injinirinq", "Metallkomplekt", "Nikom", "Promsiz" və "Texnolüks" şirkətləri də sanksiya siyahısına düşüb.

Sanksiya siyahısındakı şirkətlərin Britaniya banklarında hesabları aşkar ediləcəyi təqdirdə, həmin hesablar dondurulacaq. Siyahıya əlavə edilən fiziki şəxslərin isə ölkə ərazisinə daxil olmasına qadağa qoyulacaq.

QAZİLER.AZ