ABŞ və İran arasında gizli danışıqlar yekunlaşır - KİV

ABŞ və İran arasında gizli danışıqlar yekunlaşır -  KİV backend

ABŞ və İran arasında vasitəçilər vasitəsilə həyata keçirilən dolayı məsləhətləşmələr yekun mərhələyə qədəm qoyub.

Qaziler.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına yüksək rütbəli mənbə məlumat verib.

İnsayderin sözlərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi bu yaxınlarda Pakistan ordusunun komandanı ilə iki telefon danışığı aparıb, həmçinin cari həftənin sonunda və ya gələn həftənin əvvəlində İslamabada səfər etməyi planlaşdırır.

Bundan əlavə, telekanal əlavə edir ki, İran və Oman Hörmüz boğazında gəmilərin hərəkətinin bərpasına dair sazişin əsas parametrləri üzrə qarşılıqlı razılığa gəliblər. İranlı jurnalistlərin mənbəsi bəyan edib ki, boğazın açılması haqqında saziş yaxın günlərdə ictimaiyyətə açıqlana bilər.

QAZİLER.AZ