Hörmüzdən keçən yeni marşrutun koordinatları razılaşdırıldı

Hörmüzdən keçən yeni marşrutun koordinatları razılaşdırıldı backend

İran və Oman danışıqların yekununda Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar.

Qaziler.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Baqai öz "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, hazırda iki ölkənin birgə bəyanatı yekun baxış və hazırlanma mərhələsindədir. O, "bəzi üçüncü tərəflərin" bu vəziyyətin nizamlanması yolunda maneələr törətməyəcəyinə ümid etdiyini bildirib.

"İran və Oman arasındakı razılaşma təkbaşına boğazdan keçən gəmilərin təhlükəsizliyinin təmin olunması mənasına gələ bilməz", – deyən İran XİN-in mətbuat katibi, Ormuz boğazında vəziyyəti qeyri-sabit edən digər amillərin də olduğunu qeyd edib.

O, xüsusilə ABŞ tərəfindən İrana qarşı tətbiq edilən dəniz blokadasını və digər aqressiv, təhdidədici addımları vurğulayıb.

QAZİLER.AZ