Bəqai: "Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir"

Bəqai: "Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir" backend

İran və Oman Hörmüz boğazında təhlükəsiz gəmiçilik marşrutlarının yaradılması ilə bağlı danışıqlarda irəliləyiş əldə ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai məlumat verib.

Baqainin sözlərinə görə, iki sahilyanı dövlət arasında danışıqlar həm texniki, həm də siyasi səviyyədə aparılır və hər iki ölkənin suveren hüquqları və təhlükəsizlik maraqları nəzərə alınmaqla gəmilər üçün təhlükəsiz giriş və çıxış marşrutlarının müəyyənləşdirilməsinə yönəlib.

"İran bu strateji əhəmiyyətli boğazda gəmiçiliyin gələcək tənzimlənməsi üçün zəruri mexanizmlərin hazırlanması istiqamətində Omanla əməkdaşlıq edir", – deyə Baqai bildirib.

O, yekun nəticələrin danışıqlar başa çatdıqdan sonra elan ediləcəyini əlavə edib.

QAZİLER.AZ