Çexiya ukraynalı kişilərə sığınacaq verməyi dayandırdı

Çexiya ukraynalı kişilərə sığınacaq verməyi  dayandırdı backend

Çexiya artıq çağırış yaşındakı ukraynalılara müvəqqəti sığınacaq statusu vermir.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Lubomir Metnar bəyan edib.

"DW" xəbər verir ki, bundan sonra 23-60 yaş arası ukraynalı kişilər yalnız hərbi vəzifələrini yerinə yetirdiklərini təsdiqləyəcəkləri təqdirdə Avropa İttifaqı (Aİ) ölkələrində yaşamaq və işləmək hüququ verən bu statusu ala biləcəklər.

Metnar bildirib ki, yeni norma Çexiyada artıq müvəqqəti sığınacaq statusu olan və bu qərar qüvvəyə mindikdən sonra da statusunu fasiləsiz qoruyub saxlayan ukraynalılara şamil edilməyəcək.

Çexiya adambaşına düşən ukraynalı qaçqınların sayına görə Aİ-də lider mövqeyə sahibdir. Ölkə rəhbərliyi dəfələrlə "dövlətin imkanlarının tükəndiyini" və yeni qaçqın axınının böhrana səbəb ola biləcəyini bəyan edib.

QAZİLER.AZ