Tramp İranla danışıqlarda irəliləyiş olduğunu bəyan etdi

Tramp İranla danışıqlarda irəliləyiş olduğunu  bəyan etdi backend

ABŞ lideri Donald Tramp İranla danışıqların uğurla getdiyini bildirib və 48 saat ərzində onların nəticələrinə dair yeni məlumatların veriləcəyini anons edib.

Qaziler.az xəbər verir ki, bu barədə Sky News platformasına məlumat yayıb.

"Biz çox yaxşı irəliləyirik, 48 saat ərzində nəticəni biləcəyik", – deyə Tramp amerikalı jurnalistlərlə söhbəti zamanı vurğulayıb.

O, bir gün əvvəl də ABŞ və İran nümayəndələrinin Omanda "çox yaxşı" danışıqlar keçirdiklərini bəyan etmişdi.

"Axios" portalının yazdığına görə, ABŞ, İran və Oman Hörmüz boğazının fəaliyyətinin bərpasına dair müvəqqəti razılaşmanın əldə olunmasına çox yaxındırlar və Vaşinqton avqustun 5-də bu barədə rəsmi elan vermək niyyətindədir.

QAZİLER.AZ