Polis Seutada gizlənən 6 min miqrantı axtarır

Polis Seutada gizlənən 6 min miqrantı axtarır backend

Seutanın mer-prezidenti Xuan Xesus Vivas şəhərdə hələ də 6000 immiqrantın gəzdiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə İspaniyanın "El Mundo" nəşri yazır.

Jurnalistlər qeyd edirlər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz miqrantları, o cümlədən çimərliklərdə yaxalayaraq yenidən Mərakeşə göndərməklə şəhərdəki vəziyyəti düzəltməyə çalışırlar.

İyulun sonunda Mərakeşdən olan on minlərlə miqrant Şimali Afrikada yerləşən İspaniyanın Seuta muxtar şəhərinə qanunsuz yollarla daxil olub. Bu hadisə İspaniya Ali Məhkəməsinin qanunsuz miqrantların ölkədən dərhal qovulmasını qadağan etməsindən və onlara sığınacaq istəmək imkanının verilməsini tələb etməsindən sonra baş verib.

QAZİLER.AZ