Ukrayna ordusundakı döyüş robotları ən müxtəlif növ silahlarla təchiz edilir.
Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.
Kiyev bu il ərzində ən azı 50 000 bu cür "mexaniki əsgər" istehsal edərək cəbhə xəttinə göndərmək niyyətindədir. Bu yerüstü robotlar döyüş tapşırıqlarını yerinə yetirməklə yanaşı, həm də yaralıların təxliyəsini (döyüş meydanından çıxarılmasını) təmin edir.
"DW" (Deutsche Welle) xəbər verir ki, Ukrayna döyüş robotlarının köməyi ilə Rusiya ilə müharibədə yaranan canlı qüvvə (əsgər) çatışmazlığını kompensasiya edir.
Bundan əlavə, insanların robotlarla əvəzlənməsi cəbhədəki itkiləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
QAZİLER.AZ

