ABŞ Müdafiə Nazirliyi son 25 ildə əsas silah sistemlərinin sınaqlarının gedişatı barədə hesabatları öz saytından silib.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, qurum bu addımı iyulun 30-da, ictimaiyyətə əvvəlcədən elan etmədən atıb. Sərəncam Müdafiə Nazirliyinin Silah Sınaqları Bürosunun rəhbəri Emi Henninqer tərəfindən verilib.
Müdafiə Nazirliyi bəyan edib ki, bu, ABŞ-nin operativ döyüş hazırlığını gücləndirmək məqsədilə atılmış preventiv (qabaqlayıcı) addımdır.
Pentaqon ehtiyat edir ki, başqa ölkələr (düşmənlər) internetdəki adi və gizli olmayan hərbi məlumatları toplaya bilərlər. Onlar süni intellektdən istifadə edərək bu dağınıq məlumatları birləşdirib, ABŞ ordusunun və vacib binalarının harada zəif tərəfi olduğunu asanlıqla tapa bilərlər.
Buna görə də Pentaqon həmin sənədləri saytdan silib. Artıq o sənədlərə hər adam baxa bilməz. Yalnız FTB-nin (Federal Təhqiqat Bürosu) ciddi yoxlamasından keçən və xüsusi icazə kartı olan işçilər o məlumatları oxuya bilərlər.
QAZİLER.AZ

