İsrail Müdafiə Ordusu Livanın cənubunda yeraltı tuneli məhv edib.
"Report" xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.
Hərbçilərin məlumatına görə, tunel radikal "Hizbullah" qruplaşması tərəfindən hərbi qulluqçulara qarşı terror hücumlarının hazırlanması və həyata keçirilməsi üçün istifadə edilib.
Eyni zamanda, buraxılış qurğuları və raketlərin saxlanıldığı silah anbarının aşkar edildiyi bildirilib.

