18 yaşında dünyanın ən gənc professoru oldu - FOTO 

18 yaşında dünyanın ən gənc professoru oldu - FOTO  backend

Florida sakini Natan Tomas tarixdəki ən gənc professor kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Qaziler.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti yazır.

Natan 18 yaş 346 günlüyündə Mayami-Deyd Kollecində mühəndislik fənlərini tədris etməyə başlayıb. Bu, əvvəlki dünya rekordundan 11 gün tezdir. Beləliklə, Tomas cinsindən asılı olmayaraq ən gənc professor olub. O, amerikalı Aliya Saburun 2008-ci ildəki rekordunu yeniləyib, həmçinin şotlandiyalı riyaziyyatçı Kolin Maklorinin 1717-ci ildən bəri, yəni 300 ildən çoxdur qorunan rekordunu geridə qoyub.

Tomasın sözlərinə görə, bəzi tələbələrinin ondan yaşca böyük olmasına baxmayaraq, yaş heç vaxt problem yaratmayıb.

"İnsanlar oxumağa gələndə yaşın artıq əhəmiyyəti qalmır. Əsas olan bilik qazanmaq istəyidir", – deyə o qeyd edib.

Natanın qeyri-adi istedadı hələ uşaqlıqdan özünü göstərib. O, 14 yaşında riyaziyyat üzrə dərəcə alaraq Mayami-Deyd Kollecinin ən gənc məzunu olub. Daha sonra Florida Beynəlxalq Universitetini bitirərək eyni vaxtda elektrotexnika üzrə bakalavr və magistr dərəcələri qazanıb.

QAZİLER.AZ