Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) aparatında yeni kadr təmizləmələrinin aparılması barədə tapşırıq verib.
Qaziler.az xəbər verir ki, bu barədə o, UTX rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Oleksandr Poklad ilə keçirdiyi iclasdan sonra öz “Telegram” kanalında məlumat paylaşıb.
“UTX rəhbəri ilə xidmətin daxili strukturunun təmizlənməsinə dair növbəti addımları razılaşdırdım”, - Zelenski yazıb.
Oleksandr Poklad iyulun 17-də UTX rəhbərinin səlahiyyətlərini icra edən vəzifəsinə təyin olunub. O, bundan əvvəl bu qurumun rəhbərinin birinci müavini vəzifəsini tuturdu. Poklad bu postda Ukraynanın müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Yevgeni Xmaranı əvəzləyib.
QAZİLER.AZ

