İtaliyanın Piza şəhəri yaxınlığında baş verən zəlzələdən sonra dəmir yolu hərəkəti müvəqqəti dayandırılıb.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin "İtaliya Dəmir Yolu Şəbəkəsi" (Rfi) milli şirkəti məlumat yayıb.
Şirkətin açıqlamasında, bölgədə qeydə alınan zəlzələdən sonra xətlərdə texniki yoxlamaların aparılması məqsədilə Piza qovşağında qatarların hərəkətinin yerli vaxtla saat 10:30-dan etibarən dayandırıldığı bildirilib. Sərnişinlərə reyslərin gecikməsi, cədvəl dəyişiklikləri və ləğvlər barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, avqustun 4-də Toskana bölgəsində 4,3 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar Piza, Massa-Karrara və Lukka şəhərlərində hiss olunub. Mülki Müdafiə Xidmətinin yoxlamalarından sonra binalara, infrastruktura ziyan dəymədiyi və xəsarət alanların olmadığı açıqlanıb.
QAZİLER.AZ

