Moldovanın Baş naziri Vasile Tofan Əfqanıstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin respublikaya gəlişinə icazə verilməsini siyasi baxımdan yanlış qərar adlandırıb.
Qaziler.az xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində yazıb.
Siyasətçi vurğulayıb ki, Moldova Əfqanıstanda “Taliban” hakimiyyətini tanımır, buna görə də səfərin təsdiqlənməsi qiymətləndirmədə və qurumlararası koordinasiyada buraxılan bir səhv olub.
Tofanın sözlərinə görə, prosedur formal olaraq gözlənilsə də, tələb olunan siyasi və diplomatik qiymətləndirmə aparılmayıb. O qeyd edib ki, bu hadisəyə sıradan bir inzibati iş kimi baxılıb və nəticədə vizaların verilməsi ilə bağlı yanlış qərar qəbul edilib.
Əfqanıstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Kişinyova bu ölkəyə kənd təsərrüfatı məhsullarının tədarükünü təşkil etməyə ümid edən Moldova şirkətlərindən birinin təşəbbüsü ilə gəliblər. Həmin əfqan məmurlar sanksiya siyahılarında olmadıqları üçün Moldovanın dövlət orqanlarında bütün yoxlamalardan keçib və viza alıblar.
Tofan əlavə edib ki, bu hadisədən sonra yoxlamalar gücləndiriləcək və prosesə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti də cəlb olunacaq.
QAZİLER.AZ

