Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə dünyasını dəyişmiş şəxslərin meyitlərinin yandırılmasını (kremasiyasını) qadağan edən fərman imzalayıb.
Qaziler.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
Dəyişikliklər “Dəfn və dəfn işi haqqında” qanuna daxil edilib.
Qeyd olunub ki, qanunun məqsədi dəfn işi sahəsində hüquqi tənzimləməni təkmilləşdirmək, həmçinin ritual fəaliyyətlə bioloji obyektlərlə rəftarla bağlı sanitariya-texniki tədbirləri bir-birindən ayırmaqdır.
Qanun meyitlərin oda verilməsini, dünyasını dəyişmiş insanların, abort olunmuş və ya ölü doğulmuş uşaqların cəsədlərinin yandırılması üçün krematoriyaların istifadəsini qadağan edir. Bununla belə, tibbi müdaxilə nəticəsində qalan insan orqan və toxumalarının məhv edilməsinə icazə verilir.
Bəyanatda deyilir ki, qanun həmçinin mərhumun külü olan küplərin dəfn edilməsinə və yenidən dəfn edilməsinə icazə verən müddəaları aradan qaldırır.
Qanun 25 iyun 2026-cı ildə qəbul edilib. Sənəd rəsmi dərc edildiyi gündən 10 gün sonra, yəni 14 avqustda qüvvəyə minəcək.
QAZİLER.AZ

