ABŞ Pentaqonun Ukraynaya yardım göstərən missiyasını yenidən təşkil edir
ABŞ Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Avropa Komandanlığına Ukraynaya Təhlükəsizliyə Dəstək Qrupunun (SAG-U) yenidən təşkil edilməsini əmr edib.
Bu barədə RBC-Ukrayna ABŞ Avropa Komandanlığının bəyanatına istinadən xəbər verir.
Faktiki olaraq söhbət ondan gedir ki, Pentaqon bu missiyanın rəhbərliyini Avropadakı müttəfiqlərinə təhvil verməyi tapşırıb.
ABŞ komandanlığı bu qərarın Ukraynaya verilən dəstəyə təsir etməyəcəyinə zəmanət verib.
Həmçinin məlum olub ki, bu qərarı birbaşa ABŞ-nin müdafiə naziri Pit Heqset qəbul edib. ABŞ-də vurğulayıblar ki, bu cür dəyişikliklər son bir il ərzində Ukraynanın müdafiəsinə dəstək verilməsində Avropanın liderlik rolunu təsdiqləyir.
Bundan əlavə, ABŞ Avropa Komandanlığından qeyd ediblər ki, bu qərar digər qlobal prioritetlər üçün resursların azad edilməsinə imkan verəcək. Hələ iyulun 31-də "Politico" nəşri ABŞ Müdafiə Nazirliyinin Ukraynaya Təhlükəsizliyə Dəstək Qrupunun rəhbərliyindən imtina etdiyi barədə məlumat yaymışdı.
QAZİLER.AZ

