ABŞ prezidenti həmçinin Tehran üçün bunun son şans ola biləcəyinə də eyham vurdu.
Məlumata görə, ABŞ və İran arasında aparılan danışıqlar sürətlə irəliləyir və tərəflər artıq 4 avqust, çərşənbə axşamı etibarilə Hörmüz boğazında normal gəmiçiliyin tam bərpasını müzakirə edirlər.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna ABŞ prezidenti Donald Trump-ın jurnalistlərə verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Tərəflər konkret nəyi müzakirə edir?
ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərə bildirib:
"Biz boğazı, onun sözün əsl mənasında sabaha qədər açılmasını müzakirə edirik. Tam şəkildə açılmasını."
Prezident həmçinin bir daha vurğulayıb ki, boğazdan keçid bütün gəmilər üçün ödənişsiz olacaq. Onun sözlərinə görə, ABŞ bu dəniz yoluna tam nəzarət edir və İranın gəmilərdən hər hansı ödəniş və ya rüsum almasına imkan verməyəcək.
QAZİLER.AZ

