Tramp İran rəhbərliyini ikiüzlü adlandırıb

Tramp İran rəhbərliyini ikiüzlü adlandırıb backend

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini ikiüzlü davranmaqda ittiham edib və Tehranın nüvə silahına sahib olmasına heç vaxt imkan verilməyəcəyini bəyan edib.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, İran rəsmiləri bir tərəfdən yaxın vaxtlarda danışıqların davam etdirilməsi üçün görüş istədiklərini deyir, digər tərəfdən isə ictimai şəkildə heç bir müzakirənin aparılmadığını və yalnız Omanla əlaqə saxladıqlarını iddia edirlər.

ABŞ Prezidenti, həmçinin Hörmüz boğazının artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu və Vaşinqtonun tətbiq etdiyi blokadanı “ABŞ-ın polad divarı” adlandırıb. Onun sözlərinə görə, razılaşma əldə olunmayınca və ya İran tam təslim olmayınca ölkəyə heç nə daxil olmayacaq və ölkədən heç nə çıxmayacaq.

Tramp əlavə edib ki, ABŞ uzun illərdir İranın yaratdığı problemin həlli üzərində işləyir və bir daha vurğulayıb ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq.